İnfarktın olacağını erkən göstərən analiz hansıdır? - Kişilər üçün vacibdir

  • 2022.08.19 14:32
  • 3048 Baxış
İnfarktın olacağını erkən göstərən analiz hansıdır?  - Kişilər üçün vacibdir

Yay başlayandan bir çox insanların, xüsusilə dövlət qurumlarında çalışan gənc və orta yaş kişilərin qəfil ürək tutmasından vəfat etməsi insanı bu bəladan xilas olmaq yolları tapmağa vadar edir.



"Medicina" xəbər verir ki, əslində infarktın olub-olmayacağını bəzi müayinələrlə dəqiq bilmək olur.

Müxtəlif ürək simptomları olan şəxs keçib gedər deyə düşünməməlidir.

Ürəkdə nekrotik dəyişikliyin olmasını dəqiq göstərən analiz Troponin analizidir.
O adətən digər markerlər Kreatinkinaza və mioqlobinlə birgə təyin edilir.

Deyilənə görə, bu analizlər hətta EKQ və EXO-dan da dəqiq və öncə infarktı göstərir.

Troponin - ürək əzələsi miokardda olan zülal birləşməsidir

Əgər o normadan yülsək çıxırsa, deməli, ürək əzələsi toxumasında hüceyrə ölümü baş verir.

Bütün kişilər əgər infarkt ehtimalı varsa, nəslində infarkt keçilənlər olubsa, müəyyən dövrlərdə bu analizi verməlidir.

Aygün Musayeva