İngiltərənin səhiyyə nazirinin arvadına xəyanət etdiyi Üzə çıxdı

  • 2021.06.25 14:54
  • 1515 Baxış
İngiltərənin səhiyyə nazirinin  arvadına xəyanət etdiyi          Üzə çıxdı


İngiltərənin səhiyyə naziri Mett Hankok xəbər manşetlərinə arvadına xəyanət xəbərləri ilə gündəmə gəlib.

Medicina.az xəbər verir ki, nazir 15 illik həyat yoldaşına köməkçisi Gina Coladangelo ilə xəyanət edib.

The Sun qəzeti cütlüyün gizli öpüşdüyü fotoşəkli də dərc edib.

Qadının özünün də evli olduğu deyilir.

O, keçən ildən nazirin köməkçisi təyin edilib.

BBC-nin xəbərinə görə, 3 uşaq atası Mett götüntülərlə bağlı açıqlama verməkdən imtina edib.

İngiltərənin səhiyyə naziri ölkədə pandemiya səbəbindən gördüyü uğursuz işlərə görə də tənqid edilirdi.

Hələlik hökumət nazirin şəxsi məsələsinə aydınlıq gətirmir.