İnsan bədəni və beyni barədə bilmədiyiniz – 7 FAKT

  • 2023.06.12 21:44
  • 1659 Baxış
İnsan bədəni və beyni barədə bilmədiyiniz  –   7 FAKT
İnsan öz beyninin 8-10 faizdən çoxunu istifadə etmir. Beynin imkanlarından 15 faiz və ya bir qədər çox istifadə edən insanlar dahi sayılırlar.

“Medicina” beyin haqqında maraqlı məqamları toplayıb.


1. Yetkin insan yenidoğulan körpə kimi doğuş prosesindən keçsə 10 dəqiqə dözə bilməz. Doğuş prosesinə ancaq 1 günlük körpə dözə bilər. Fakt budur ki, yeni doğulmuş uşağın çox çevik sümükləri, qığırdaqları və toxumaları var, həmçinin ağrı həddi hələ formalaşmayıb və qorxu instinkti yoxdur.


2. Yalnız 3-4 yaşında insan beyni hərfi mənada hər şeyi mənimsəyə və öyrənə bilər.

3. Ağırlığı arxa ayağın üzərinə keçirməklə demək olar ki, istənilən vəziyyətdə tarazlığı qorumaq olar.

4. Erkən uşaqlıqda ilk süd dişini itirən bir insan ikinci dəfə süd dişi çıxara bilər.

5. 6. Tez-tez ağlamaq üzün dərisini qocaldır. Səbəbli və səbəbsiz ağlamaq vərdişi bizi daha yaşlı göstərəcək.

7. Günün qaranlıq vaxtında hər bir problem bizə 5-20 dəfə daha ciddi görünür. Əgər yuxuya gedə bilmirsənsə, o zaman beyninə minlərlə fikir gəlir və bəzən onlardan birinə elə bağlanırsan ki, bir saatdan sonra bu, tam bir faciəyə çevrilir Alimlər sübut ediblər ki, qaranlıqda insan narahatlığı bir neçə dəfə artır.

Günay Quluzadə