İnsan hansı yaşa kimi gənc hesab olunur?

  • 2022.12.10 17:16
  • 6370 Baxış
İnsan hansı yaşa kimi gənc hesab olunur?

Həkimlərin insanın hansı yaşda qoca hesab edilməsi ilə bağlı öz nəzəriyyələri var.

"Medicina" xəbər verir ki, , psixoloqlar yaşlanmanın bir neçə mərhələsini ayırd edib.

İnsan 45 yaşa qədər insan gənc, 45 yaşdan 59 yaşa kimi yetkin, 60-74 yaş arası insan yaşlı, 75 yaşdan 89 yaşa qədər ahıl sayılır.

90 yaşdan sonra isə uzunömürlülük yaşı başlayır. Eyni zamanda, alimlər qocalmanın üç mərhələsini ayırd edib. Mütəxəssislər, insan qanında müəyyən bir yaşda ortaya çıxan fərqli zülalları təyin edib.

Qan vəziyyətinə görə, insanın demək olar ki, 100 faizinin yaşını təyin etmək mümkündür. Bəzi alimlər insanın yaşlanmasının, bədəndəki bütün proseslərin yavaşladığı zamandan, yəni, 55 yaşdan sonra başladığını qeyd edir.

Aygün Musayeva