İnsan hansı yaşda ən xoşbəxt olur?

  • 2026.04.30 21:36
  • 264 Baxış
İnsan hansı yaşda ən xoşbəxt olur?


İnsanlarən hansı yaşda ən xoşbəxt və həyatdan razı olduğu açıqlanıb.


Medicina.az xəbər verir ki, 47 yaşında insanlar özlərini ən xoşbəxt və ən sağlam hiss edirlər. Mütəxəssislər bunu sağlamlığa, özünəinam və yeni həyat prioritetlərinə münasibətdəki dəyişikliklə əlaqələndirir.

TePe tərəfindən sifariş edilən araşdırmanın müəllifləri bu nəticəyə gəliblər. Sorğuda 2000 Böyük Britaniya sakinindən özlərini ən sağlam və ən xoşbəxt hiss etdikləri yaşı adlandırmaları istənilib. Respondentlərin çoxu 47 yaş göstərib.

Tədqiqat həmçinin müəyyən edib ki, 40-50 yaş arası insanlar gənc yaşlarına nisbətən özlərini daha inamlı, xoşbəxt və fiziki cəhətdən daha sağlam hiss edirlər. Klinik təhsil rəhbəri və diş terapevti Miranda Paskucci-nin sözlərinə görə, bu, sağlamlığa münasibətdəki dəyişikliklə əlaqəli ola bilər.

"Yaşlandıqca bir çox insan sağlamlığın yalnız görünən şeylərlə bağlı olmadığını anlamağa başlayır. Bu, özünüzü necə hiss etməyiniz və bədəninizin nə qədər yaxşı işləməsi ilə bağlıdır", - deyə o izah edib.

40 yaşdan yuxarı olanların demək olar ki, yarısı - 47%-i - bədənlərini daha yaxşı başa düşdükləri üçün həyatlarının daha sağlamlaşdığını söyləyiblər.
Respondentlərin daha 32%-i daha daha sağlam məhsullar aldıqlarını bildiriblər. Çoxları üçün əyləncə və içki içməklə həyat tərzi keçmişdə qalıb: 28%-i 40 yaşdan sonra 20-30 yaşlarında olduğundan xeyli az əyləncəyə getdiklərini və içki içdiklərini söyləyiblər.

Bundan əlavə, respondentlərin 26%-i övladlarının və ya nəvələrinin onlara aktiv qalmağa kömək etdiyini etiraf edib. 35%-i isə başqalarını məmnun etməkdən daha az narahat olduqlarını və öz rifahlarına daha çox diqqət yetirdiklərini bildiriblər.

Sosial mediada bir çox istifadəçi də oxşar fikirləri bölüşür. Məsələn, bloqçu Tammy Stylist özünü daha yaxşı başa düşməyə, sərhədlər qoymağı öyrənməyə və zəhərli mühitdən azad olmağa başladığı üçün 40 yaşlarının 30 yaşlarından daha yaxşı olduğunu bildirib.

Sağlamlıq üzrə mütəxəssis Donna Bartolinin sözlərinə görə, insanlar getdikcə "qocalıq" anlayışını daha gec yaşa keçirsələr də, bu, onların sağlamlıqlarına qayğı göstərməyi təxirə sala biləcəkləri anlamına gəlmir.

Aygün Musayeva