Bəzən insan həyatında elə bir dövr olur ki, sanki hər şey üst-üstə gəlir. İşlər alınmır, enerji düşür, uğursuzluqlar artır və insan bunu “qarazolaq” kimi ifadə edir. Bu hal təsadüfi deyil və həm tibbi, həm də psixoloji səbəbləri var.
Medicina.az Qara zolağa düşməyin əsas əlamətlərini təqdim edir:
Davamlı yorğunluq və halsızlıq
Motivasiyanın azalması
Diqqət dağınıqlığı və qərar verməkdə çətinlik
Yuxu problemləri (çox yatmaq və ya yuxusuzluq)
Əsəbilik və daxili gərginlik
İşlərin ard-arda alınmaması hissi
Özünə inamın zəifləməsi
Bu əlamətlər sadəcə “uğursuzluq” deyil, beynin və sinir sisteminin verdiyi siqnallardır.
Qara zolaq niyə baş verir?
1. Sinir sisteminin yüklənməsi
Uzun müddətli stress zamanı bədəndə stress hormonları artır. Bu isə beynin işləmə ritmini pozur, insan daha tez yorulur və səhvlər etməyə başlayır.
2. Kortizolun yüksəlməsi
Xroniki stress zamanı kortizol yüksək qalır. Bu hormon:
enerjini azaldır
qərarverməni zəiflədir
neqativ düşüncəni artırır
Nəticədə insan hər şeyi “pis gedir” kimi qəbul edir.
3. Dofamin azalması
Dofamin motivasiya hormonudur.
O azaldıqda:
insan heç nədən həzz almır
hər şey ağır görünür
başlanılan işlər yarımçıq qalır
Psixoloji səbəblər
1. Şüuraltı bloklar
İnsan bəzən fərqində olmadan uğurdan və ya dəyişiklikdən qorxur. Bu zaman beyin özü-özünü “dayandırır”.
2. Negativ düşüncə dövrü
Bir uğursuzluq digərini çağırır. İnsan: “məndə alınmır” düşüncəsinə düşür və bu, davranışlarına təsir edir.
3. Keçmiş travmalar
Uşaqlıqdan gələn qorxular, dəyərsizlik hissi və ya uğursuzluq təcrübələri sonradan “qarazolaq” kimi aktivləşə bilər.
Elmi baxımdan bu, “taleyin dəyişməsi” deyil, daha çox:
psixoloji vəziyyət
hormonal balans
davranış və qərar mexanizmi ilə bağlıdır.
Aygün Musayeva