İnsanın nə qədər yaşayacağı doğum ayından asılıdır - ALİMLƏR

  • 05 May 2022 14:33
  • 1603 Baxış
İnsanın nə qədər yaşayacağı doğum ayından asılıdır  - ALİMLƏR

Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, insanın doğulduğu ay taleyindən əlavə, uzunömürlülüyünə və sağlamlığına da təsir edir. Alimlərin müşahidələrinə görə, payızda doğulan insanların yetkin qocalığa qədər yaşama ehtimalı 40 faiz çoxdur. Yazda doğulanların isə şansı daha azdır.

Medicina.az xəbər verir ki, bu məsələlərlə bağlı elmi məqalə “Royal Society Open Science” jurnalında dərc olunub.

Bildirilib ki, qışda doğulanların şizofreniya xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir. Bununla belə, onlar yay doğum günlərindən fərqli olaraq miopiya və allergiyadan az əziyyət çəkirlər. Amerikalı ekspertlər hesab edir ki, dərs ilinin əvvəlində dünyaya gələn uşaqlar məktəbdə uğur qazanırlar. Mütəxəssislər əlavə edib ki, onların tədqiqatları insana müəyyən aylarda doğuşa təsir edən amilləri öyrənmək məqsədi daşıyır, heç də taleyi proqnozlaşdırmaq üçün nəzərdə tutulmayıb.

Alimlər müəyyən ediblər ki, gözlənilən ömür uzunluğuna başın ölçüsü də təsir edir. Düzdür, indiyədək yalnız heyvanlarla bağlı belə qənaətə gəliblər. Məlum olub ki, ən böyük başlı dişi qırmızı maral sürüdəki həmkarlarından daha uzun yaşayır. Bundan əlavə, alimlər kəllə sümüyünün həcminin irsi xüsusiyyət olduğunu müəyyən ediblər. Bu, vacibdir, çünki bu parametr birbaşa beyin ölçüsü və dolayısı ilə zəka ilə bağlıdır.

Tədqiqatçıların fikrincə, uzunömürlülük həm də insanın əhval-ruhiyyəsindən təsirlənir. /publika.az/