Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanlar 80% hallarda bu səbəblərdən ölür

  • 2025.08.09 16:14
  • 90 Baxış
İnsanlar 80% hallarda bu səbəblərdən ölür


Olüm hallarının 80%-nin səbəbi sosial xəstəliklərdən qaynaqlanır.


“Medicina” xəbər verir ki, Moskva vilayətinin Səhiyyə Nazirliyinin ümumi tibbi praktika üzrə baş mütəxəssisi Roman Qorenkovun sözlərinə görə, sosial yönlü xəstəliklərə İİV infeksiyası, vərəm, şəkərli diabet, psixi pozğunluqlar, onkopatologiyalar və yüksək qan təzyiqi aid edilir.



"Onların inkişafı üçün əsas risk faktorları hipertoniya, yüksək ümumi xolesterin və siqaretdir. Yalnız bu üç amili aradan qaldırmaqla xroniki qeyri-infeksion və sosial əhəmiyyətli xəstəliklərin ağır fəsadlarının qarşısını almaq olar”.



Bundan əvvəl Çin alimləri yuxu pozğunluğunun 170-dən çox xəstəliyin inkişaf riskini artıra biləcəyini müəyyən etdilər.

Beləliklə, qeyri-sabit yuxu 2-ci tip diabet, Parkinson xəstəliyi, qaraciyər sirozu, qanqren və kəskin böyrək zədələnməsi kimi vəziyyətlərin riskini iki dəfədən çox artıra bilər. Məsələn, saat 00:30-dan sonra yuxuya gedən insanlarda sirsoz xəstəliyinə tutulma riski 23:00 radələrində yatanlarla müqayisədə 2,5 dəfə çox idi.


Aygün Musayeva