Bir çox insan analiz cavabında insulin səviyyəsinin yüksək olduğunu görür, amma bunun nə ifadə etdiyini tam başa düşmür. Əslində isə bu göstərici bədənin metabolizmi haqqında çox vacib siqnallar verir.
Medicina.az xəbər verir ki, insulin mədəaltı vəz tərəfindən ifraz olunan hormondur, onun vəzifəsi qandakı şəkəri hüceyrələrə ötürmək,
enerjiyə çevrilməni təmin etməkdir.
İnsulin 14-dən yuxarıdırsa nə baş verir?
Əgər acqarına insulin: 14 və ya daha yüksəkdirsə, bu çox vaxt belə şərh olunur:
1. İnsulin müqaviməti başlanğıcı
Bu, ən əsas səbəbdir.
Bədən:
insulin ifraz edir
amma hüceyrələr ona düzgün cavab vermir.
Nəticədə daha çox insulin ifraz olunur.
2. Gələcək risk: Diabet xəstəliyi
Yüksək insulin uzun müddət davam edərsə:
qan şəkəri də qalxmağa başlayır
nəticədə diabet riski artır.
3. Arıqlaya bilməmək
Yüksək insulin:
yağ yığılmasını artırır
xüsusilə qarın bölgəsində piy toplanır arıqlamaq çətinləşir.
4. Səhər yorğunluğu və halsızlıq
İnsanlarda tez-tez olur:
səhər enerjisizlik
gün ərzində şirin istəyi
qəfil aclıq tutmaları olur.
Əlamətlər (səndə varsa diqqət et)
tez-tez acmaq
şirniyyata meyl
qarın piylənməsi
yorğunluq
başgicəllənmə bunları et.
1. Qidalanmanı düzəlt
şəkər və ağ un azaldılmalı
lifli qidalar artırılmalı
2. Hərəkət
gündə 7–10 min addım
yüngül idman (pilates, gəzinti)
3. Yuxu və stress
kortizol yüksəkdirsə insulin də artır.
Analizlərdə:
Təkcə insulinə baxmaq kifayət deyil. Bunlar da yoxlanmalıdır:
qan şəkəri
HbA1c
HOMA-IR
İnsulin 14-dən yuxarı çıxması o demək deyil ki, sən diabetsən.
Amma bu, bədənin artıq xəbərdarlıq etdiyini göstərir.
Aygün Musayeva