İnsulin şəkər xəstələrinin gözünə vurulacaq – YENİ METOD

  • 2020.02.11 16:33
  • 2702 Baxış
İnsulin şəkər xəstələrinin gözünə vurulacaq –  YENİ METOD

Alimlər I tip diabet xəstələrində insulin hasil edən hüceyrələrin birbaşa gözə yeridilməsi metodunu icad edib.

Medicina.az xəbər verir ki, I tip şəkər xəstəliyi mədəaltı vəzidə Lanqerqans adacıqlarının beta hüceyrələrinin parçalanası nəticəsində insulin sintezinin pozulmasıdır.

Bu fonda diabetin elə bir forması yaranır ki, xəstə artıq müntəzəm insulin iynəsi olmadan yaşaya bilməz.
Alimlər mədəaltı vəzidə olan donor hüceyrələrin xəstənin gözlərinə implantasiyası metodikası üzərində çalışır.

Yeni metoda görə donor hüceyrələr meyitdən alınıb, gözün ön kamerasına yeridiləcək. Bu hissə beyin və uşaqlıq kimi özünün immun müdafiəsi vardır ki, burda immun hüceyrələr yad hüceyrələrə qarşı dərhal kəskin reaksiya vermir. Gözün bu xüsusiyyəti imkan verir ki, hüceyrələr orqanizmə daxil ola bilsin.

Prosedur cəmi 25 dəqiqə çəkəcək.
Artıq metodun test olunması üçün könüllü xəstə qrupu seçilib.

Heyvanlar üzərində təcrübə göstərib ki, bu metodan 3 ay sonra beta hüceyrələr insulinsiz sintez olunmağa başlayıb.