İnteqrativ Tibb - Xroniki xəstəliklərin müalicəsində - MÖHTƏŞƏM SIÇRAYIŞ

  • 2022.12.07 16:10
  • 3921 Baxış
İnteqrativ Tibb - Xroniki xəstəliklərin müalicəsində  - MÖHTƏŞƏM SIÇRAYIŞ

Bioloji Təbabət klinikasının peşəkar həkimlərinin xroniki xəstəliklərin İnteqrativ Tibb ilə müalicəsində qazandığı uğurlar artıq ölkə sərhədlərini aşıb və orqanizmə zərər verməyən bu təbabətə inam və rəğbəti artırıb.


İnteqrativ Tibb - sağlamlıq və optimal müalicəni təmin etmək üçün tibbin bütün sübut olunmuş üsullarını özündə birləşdirir.


Hazırda xroniki-degenerativ, yəni illərlə inkişaf edən, sonda isə sağalmayan və ya çətin sağalan xəstəliklər çox geniş yayılıb. Tibdə yeni supertexnologiyaların inkişafına rəğmən, xəstəliklərin sayı azalmır, əksinə artır; onların müalicəsində isə nəzərəçarpan, mükəmməl bir nəticə əldə edilmir. Hər il inkişaf etmiş ölkələrdə ürək-damar və digər xroniki xəstəliklərdən milyonlarla insan həyatını itirir. Bu xəstəliklərin vüsət alması dünyada, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatında ciddi narahatlığa səbəb olub. Bundan əlavə, xroniki və müalicəyə çətin tabe olan xəstəliklər ailə büdcəsi və səhiyyə sistemi üçün ağır yükdür. Xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların çox hallarda ömürlük təyini, onların törətdiyi fəsadlar və müalicələrin uzunmüddətli, əsasən uğursuz olması yeni müalicə metodlarının axtarışını zəruri etdi.

Ötən əsrin əvvəllərində alman alimi H.Rekkeveq xəstəliklərin xronikiləşməsinin qarşısını almaq üçün orqanizmə bütöv bir vahid kimi yanaşan yeni nəzəriyyə irəli sürərərk biotənzimləyici tibbin əsasını qoydu. Biotənzimləyici təbabət - orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəlmiş müasir təbabətdir. Artıq akademik tibb alimləri də insan orqanizmini bir-birilə daim qarşılıqlı əlaqə və əks-əlaqədə olan funksional sistemlərdən ibarət olduğunu vurğulayır. Belə ki, bir sistemin zədələnməsi mütləq digər sistemin patologiyasına səbəb olur. Hər bir canlı orqanizmdə daim özünütənzimləmə prosesləri gedir.

Özünütənzimləmə - orqanizmdə gedən bioloji proseslərin tarazlıqda olması deməkdir. Uzun zaman təsir edən çoxsaylı səbəblər (stress, zərərli vərdişlər, azhərəkətli həyat tərzi, fast-food qidalar, çirklənmiş ekoloji mühit və s.) və fərdi xüsusiyyətlərdən asılı olaraq müxtəlif xəstəliklər yaranır. Məlum səbəblərə görə dünya praktikasında bu xəstəliklərin müalicə və profilaktikasında üstünlük İnteqrativ Tibbə verilir. Azərbaycanda isə İnteqrativ Tibbin mərkəzi - Bioloji Təbabət klinikalarıdır.


Məhz bu klinikalarda müalicə İnteqrativ Tibb üsulları ilə aparılır, yəni xəstənin sağlamlığı üçün tibbin bütün sübut olunmuş metodlarından istifadə olunur. İnteqrativ tibdə müalicə üçün istifadə olunan dərman preparatları Almaniyada istehsal olunur: təbii tərkiblidir, onların dozası, təsiredici maddələrinin miqdarı insan orqanizmini idarə edən bioloji aktiv maddələrin miqdarındadır. Buna görə də bu preparatlar təhlükəsizdir, əlavə təsirləri yoxdur (xüsusən də kimyəvi preparatlara qarşı dözümsüzlüyü olan və yaşlı pasiyentlər üçün seçim preparatı ola bilər).


İnteqrativ Tibbin uğurunun səbəbindən biri də həkimlərin komanda şəklində çalışmasıdır. Onları bir komandada cəm etmək, xroniki xəstəliklərin müalicəsində effekt əldə etmək və alınan uğurlu nəticələri digər həkimlərə çatdırmaq üçün Bakıda və ölkə regionlarında Bioloji Təbabət klinikaları fəaliyyətə başladı (2009-Bakı, 2012- Göyçay, 2013-Sumqayıt, 2018-Masallı). Bu tibb ocaqlarının fəaliyyətində Almaniya, Kolumbiya, İsveçrə, İtaliya və digər ölkələrdəki Bioloji Təbabət (Biological Medicine) klinikaları və mütəxəssislərinin təcrübəsi əsas götürüldü. İnteqrativ Tibbin uğurlu nəticələrinin sorağını alan Türkiyə, Qazaxıstan, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, Rusiyadan onlarla xarici vətəndaş klinikaya müraciət edərək illərlə çarəsini tapmadıqları xroniki, çətin sağalan xəstəliklərinin şəfasını məhz Azərbaycanda tapdılar. Bioloji Təbabət klinikalarında alınan bu nailiyyətlər ölkəmizin tibbi turizm sahəsinə verdiyi töhfənin bariz nümunəsidir. Artıq Azərbaycan tibbi turizmi ixrac deyil, idxal edən bir ölkəyə çevrilir....


Bəzi xəstəliklərin inkişafında genetik amilin rolunu nəzərə alaraq, Bioloji Təbabət klinikası nəzdində Beynəlxalq standartlara cavab verən Afgen Genetik Diaqnoz Mərkəzi yaradılmış; bu mərkəz irsi xəstəliklərə vaxtında diaqnoz qoyulmasında uğurlu işlər görür. 2009-cü ildən Bioloji Təbabət klinikasında müntəzəm baş tutan tibbi konfransların, həmçinin, elmi nəşrlərin, tərcümələrin, sərgi, master -klass və s. tədbirlərin koordinasiya mərkəzi olan Elmi Şöbə fəaliyyət göstərir. Və artıq neçə ildir ki, İnteqrativ Tibbin müalicə metodlarını əks etdirən elmi məqalələr, həkimlərin əldə etdiyi uğurlu praktik nümunələrin dərc edildiyi “Bioloji Təbabət” jurnalı nəşr olunur.

Bütün bu uğurların məntiqi nəticəsi olaraq, 18 iyun 2022-ci ildə Bioloji Təbabət klinikasının bazasında fəaliyyət göstərən “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzi dünyanın nüfuzlu elmi qurumlarından olan Sağlamlıq və Ekologiya Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan Bölməsinin Baş Assambleyasının strukturuna qəbul edildi. Mötəbər bir qurumun üzvü olmaq bütövlükdə Azərbaycan səhiyyəsinin böyük uğuru və İnteqrativ Tibbin davamlı inkişafının, əldə etdiyi böyük nailiyyətlərin aydın göstəricisidir. Bu nailiyyətlərə baxmayaraq, İnteqrativ tibbin inkişafı yolunda işlər durmadan davam edir.