İran həbsxanaların qapısını açdı - Koronavirusa görə

  • 2020.03.03 20:10
  • 2663 Baxış
İran həbsxanaların qapısını açdı -  Koronavirusa görə

İran 54 min məhbusu evlərinə buraxdı

İran ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün 54 min məhbusu evlərinə buraxıb.

Medicina.az xəbər verir ki, İran Məhkəməsinin Mətbuat katibi Qulamhüseyn İsmaili Tehranda keçirdiyi mətbuat konfransında məlumat verib.

Ölkədə 77 nəfərin ölümü ilə nəticələnən və 2300-dən çox epidemiyaya yoluxma halının aşkarlandığını bildirən İsmaili, koronavirus səbəbiylə keçən həftədən bəri Ədliyyə naziri İbrahim Rəsisinin əmri ilə 54 min məhbusa evə getmələrinə icazəsi verildiyini bildirib.