İranda etiraz aksiyaları zamanı ölənlərin sayı artdı

  • 2026.01.04 12:17
  • 307 Baxış
İranda etiraz aksiyaları zamanı ölənlərin sayı artdı

İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, İranın İlam əyalətində baş verən iğtişaşlar nəticəsində 3 nəfər həlak olub.

Bildirilir ki, şənbə günü günortadan sonra Malekşahi rayonunda silahlı şəxslərin hüquq-mühafizə mərkəzlərindən birinə girməyə cəhd göstərməsi zamanı iğtişaşlar baş verib və bu, qarşıdurmaların genişlənməsinə səbəb olub.