Iranda koronaviruslu xəstələrin sayı 100 minə çatdı

  • 2020.05.09 15:38
  • 1090 Baxış
Iranda koronaviruslu xəstələrin sayı 100 minə çatdı

İranda yeni koronavirus (COVID-19) səbəbindən ölənlərin sayı son 24 saatda 48 nəfər artaraq 6 min 589-a çatıb.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, COVID-19 səbəbiylə ölkədə daha 48 insanın öldüyünü, 529 yeni yoluxma halının aşkarlandığını açıqlayıb.

Ölkədə COVID-19 səbəb olan həyat itkisinin 6 min 589-a yüksəldiyini bildirən Cihanpur, yoluxanların ümumi sayının 106 min 220-yə çatdığını bildirib.