İranda koronaya yoluxanların sayı rekord həddə çatdı- 2800 ölü

  • 2020.03.30 15:10
  • 1936 Baxış
İranda koronaya yoluxanların sayı rekord həddə çatdı - 2800 ölü

İranda koronavirusa yoluxanların sayı 41495-ə qalxıb.

Medicina.az xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildiirb

Onun sözlərinə görə, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 3186 olub. Bununla da ölkədə koronavirusa sutkalıq yoluxma rekord həddə çatıb.

Son sutka ərzində ölənlərin sayı 117 (ümumi 2757) nəfər olub.