İrandan Çinə: Yoluxma statistikası ilə bütün dünyanı aldatdınız

  • 2020.04.06 09:58
  • 1426 Baxış
İrandan Çinə:  Yoluxma statistikası ilə bütün dünyanı aldatdınız
İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cihanpur, Çinin koronavirus yoluxmaları ilə əlaqədar verdiyi sayları "pis zarafat" olaraq xarakterizə edib.

Bu barədə o, video konfrans olaraq təşkil edilən mətbuat konfransında mətbuat mənsublarının suallarını cavablandırarkən bildirib.


“Çinin açıqladığı rəqəmlər pis zarafata bənzəyir. Dünyanın bir çox yerində Çindən gələn rəqəmlərə əsaslanaraq xəstəliyin sadə bir qrip olduğu düşünüldü. Çində bu epidemiyanın iki ay ərzində nəzarət altına alındığı deyilirsə, bu barədə daha çox düşünməliyik."