İranın Naxçıvana hücumu nəticəsində xəsarət alanların son durumu

  • 2026.03.05 13:39
  • 361 Baxış
İranın Naxçıvana hücumu nəticəsində  xəsarət alanların son durumu

İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.

Medicina.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.


İranın Naxçıvana hücumu nəticəsində  xəsarət alanların son durumu
İranın Naxçıvana hücumu nəticəsində  xəsarət alanların son durumu