Rəhbəri tərəfindən "kartof" adlandırılan işçiyə kompensasiya ödənilib.
Medicina.az xəbər verir ki, Bernadette Hayes adlı şəxs işdə zorakılığa dözə bilmədiyini anladıqdan sonra West Leeds Civils (İngiltərə) şirkətindən istefa verib..
Bundan əlavə, 55 yaşlı qadın müdiri Mik Atkinsə qarşı məhkəmə iddiası qaldırıb. İş, müdirin Bernadettanı irland olduğuna görə təqib etməsindən irəli gəlir.
O, qəsdən güclü irland aksentini təqlid edərək, ona "kartofbaş" deməklə zarafatlar edib. Mik həmçinin Bernadettaya kartof şəkilləri göndərib və mesajlarında kartof emojilərindən istifadə edib.
Məhkəmə irqçilik, zorakılıq və alçaldıcı halların həqiqətən baş verdiyinə qərar verib, buna görə də qadına 20.735.91 funt sterlinq kompensasiya ödənilib. Bundan əlavə, şirkət istefa verən işçiyə 2800 funt sterlinq - dörd həftəlik əmək haqqı ödəməlidir.
Aygün Musayeva