Tanınmış pediatr Azər Əhmədov yeni vəzifəyə təyinat alıb.
Medicina.az xəbər verir ki, bununla bağlı sosial mediada məlumat yayılıb.
Bildirilib ki, o, “Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.
Qeyd edək ki, A.Əhmədov daha əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, mayın 12-də vəzifəsindən azad olunub.
Həkim bundan əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.