İşemik insultun bərpa dövründə biotənzimləyici preparatlar

  • 2023.06.09 15:32
  • 2706 Baxış
İşemik insultun  bərpa dövründə  biotənzimləyici preparatlar
İşemik insult (İİ) əlilliyə səbəb olan, çox zaman koqnitiv inkişafın azalmasına, sefalgiyaya, insultdan sonrakı dövrdə pasiyentin sosiallaşmasında çətinliklərə gətirib çıxaran bir xəstəlikdir.Bu baxımdan praktikada klinik simptomların korreksiyasına yönəldilmiş yeni üsulların axtarışı və tətbiq olunması aktualdır.


"Medicina" xəbər verir ki, kimyəvi preparatların bir sıra yan təsirlərinin olması, mərkəzi sinir sistemindəki (MSS) proseslərə təsir göstərən kompleks biotənzimləyici preparatların istifadəsini aktual edir.


Cerebrum compositum – kompleks biotənzimləyici preparat olub, müxtəlif mənşəli ensefalopatiyaların, vegetativ distoniyanın, depressiyanın, beyin silkələnməsindən sonrakı halın, ensefalitin, nevralgiyanın, nevrotik pozulmaların, dağınıq sklerozun, Parkinson xəstəliyinin, yaddaş və diqqət pozulmalarının müalicəsində, nevrasteniyada istifadə olunur.



Preparat serebral və periferik qan dövranını optimallaşdırır, immunmoduləedici, metabolik, biotənzimləyici, antihipoksik, damargenəldici təsir göstərir.

Plasenta compositum- serebral aterosklerozda istifadə üçün tövsiyə olunan və mikrosirkulyator prosesləri yaxşılaşdıran çoxkomponentli biotənzimləyici preparatdır.

Sefalgiyanın müalicəsində və işemik insultlu pasiyentlərin erkən bərpa dövründə koqnitiv qabiliyyətin korreksiyasında biotənzimləyici Cerebrum compositum və Placenta compositum preparatlarının istifadəsinin perspektivləri öyrənilmişdir.

Standart kompleks müalicəyə antioksidan (sitoflavin, meksidol), nootrop (serebrolizin, pirasetam) təsirli preparatlar, vitamin terapiyası (B1, B6), aşağı tezlikli magnit terapiyası və kompleks müalicəvi idman daxildir.

Farmakopunkturada mərkəzi sinir sisteminə birbaşa təsir edən biotənzimləyici preparatlar (VB20, V10, VG16, VG13) BAN-a dəri altı olaraq, 1 nöqtəyə 0,2 ml, həftədə 2 dəfə yeridilirdi; inyeksiyaların ümumi sayı 10-dur.

Müalicə dinamikasında xəstəliyin kliniki təzahürlərinin tədqiqi optimallaşdırılmış əsas müalicə qruplarında sefalgiyanın qarşısının alınma sürəti, plasebo istifadə edilmiş standart müalicədən daha çox nəzərəçarpan olduğunu göstərir.

Analoji dinamika göstəriciləri müalicə kursu başladıqdan 15 gün sonra müşahidə edildi; Baş ağrısının intensivliyindəki ən böyük dəyişikliklər əsas kompleks müalicənin Cerebrum compositum preparatının farmakopunkturası ilə optimallaşdırıldığı xəstələrdə müşahidə edilmişdir.

Müalicə kursunun sonunda psixi vəziyyətin qısa bir araşdırmasının nəticələri müalicəsinin biotənzimləyici preparatların farmakopunkturası ilə tamamlanan pasiyentlərdə müsbət dəyişikliklərin olduğunu göstərdi.

Cerebrum compositum preparatının farmakopunkturası koqnitiv qabiliyyətin artmasına ən yaxşı təsir göstərdiyinə diqqət çəkildi. Beləliklə, biotənzimləyici Cerebrum compositum və Placenta compositum preparatları ilə farmakopunkturanın İşemik insultun erkən bərpa dövründə müalicəyə daxil edilməsi sefalgiyanın intensivliyinin, daha tez azalmasına səbəb olur

Müalicəyə biotənzimləyici Cerebrum Compositum və Placenta Compositum preparatları ilə farmakopunkturanın daxil edilməsi beyin insultunun erkən bərpa dövründə pasiyentlərin koqnitiv qabiliyyətlərinə müsbət təsir göstərir.

Aygün Musayeva