Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsinməyə çalışarkən yandı - Məktəbdə dəhşətli hadisə-FOTO

  • 2025.03.14 12:57
  • 589 Baxış
İsinməyə çalışarkən yandı -  Məktəbdə dəhşətli hadisə-FOTO

Türkiyədə 3-cü sinif şagirdi isinməyə çalışarkən bədbəxt hadisə baş verib.

Medicina.az xəbər verir ki, Adanada Boztahta Şehit Serdar Yıldırım İbtidai məktəbinin şagirdi D.G. adlı qız əllərini isitmək üçün odun sobasına yaxınlaşıb.

Bu vaxt D.G.-nin paltosunun yanıb.

Təşvişə düşən qız binadan qaçıb.

D.G-nin paltarının yanadığını görən məktəb işçiləri ona kömək etməyə çalışıblar.



Dərhal məktəbə həkim briqadaları göndərilib.

10 yaşlı şagird Təcili yardım maşını ilə İmamoğlu Dövlət Xəstəxanasına, oradan da Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Yanıq şöbəsində müalicə alan qızın bədəninin 40 faizinin 3-cü dərəcəli yanıq xəsarəti aldığı müəyyən edilib. Şagirdin səhhətinin yaxşılaşdığı bildirilib.

İl Milli Təhsil Müdirliyi hadisə ilə bağlı inzibati araşdırma başladıb.



Aygün
Medicina.az