İsmayıllıda toyda 25 nəfər zəhərlənib - FOTO

  • 2019.08.28 09:26
  • 5849 Baxış
İsmayıllıda toyda 25 nəfər zəhərlənib  - FOTO
İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub.
Medicina.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qəzli kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində  baş verib.

Toyada qonaqlardan 25 nəfərin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Toyda zəhərlənən şəxsləri təcili xəstəxanaya gətiriblər.

Onlardan 5-i uşaq, 20 nəfəri orta yaşlı insanlardı. Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. Qonaqların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur.

Yardım göstərildikdən sonra 10-a yaxın xəsdə ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.