İspan qripinə qalib gələn 104 yaşlı qadın koronavirusa da qalib gəldiİTALİYADA

  • 2020.04.06 13:43
  • 1449 Baxış
İspan qripinə qalib gələn 104 yaşlı qadın koronavirusa da qalib gəldi İTALİYADA
İtaliyanın Biella şəhərində yaşayan 104 yaşlı Ada Zanusso koronavirusa qalib gəlib (Covid-19).

Çinin Wuhan şəhərində meydana gələn və dünyaya yayılan koronavirusun ən tüğyan etdiyi ölkələrdən biri olan İtaliyanın Biella şəhərində yerləşən qocalar evində yaşayan 104 yaşlı Ada Zanusso qusma, yüksək hərarət və nəfəs darlığı şikayətləri ilə 17 martda xəstəxanaya yerləşdirilib.


Aparılan testlər nəticəsində ona koronavirus diaqnozu qoyulub. Daha əvvəl onunla eyni qocalar evində yaşayan 20 nəfər koronavirusdan ölmüşdü.


Xəstəliyə qalib gələn Zanusso, koronavirusu məğlub edən dünyanın ən yaşlı insanı oldu. Onun sağalmasını böyük sevinclə qarşılayan həkimlər Zanussonu 'ümid işığı' olaraq görürlər. Zanusso eyni zamanda 1918-1920-ci illər arasında yayılmış “İspan qripi” epidemiyasına da qalib gəlib.

Zanussonun həkimi Karla Furno Marchese, "Ayağa qalxdı, yatağa uzanmadı və kreslosuna tərəf getdi. Şəfalı və bu çətin günlərdə əziyyət çəkən hər kəs üçün ümid etmək bizim üçün böyük bir sevinc idi" deyib.