İspaniyada telefona baxmaqdan 2 nəfərin gözü kor oldu

  • 2025.10.07 12:46
  • 76 Baxış
İspaniyada telefona baxmaqdan 2 nəfərin gözü    kor oldu

Smartfonların gözlərimiz üçün gözlənilməz təhlükəsi müəyyən edilib.


Uzun müddət smartfon ekranlarına baxmaq zamanla görmə qabiliyyətimizə təsir edə bilər.

Lakin İspaniyadan olan mütəxəssislər başqa bir təhlükəni də qeyd ediblər: günəş parıltısı ekrandan əks olunub gözlərə düşdükdə güclü təsir verə bilər.


“Medicina” xəbər verir ki, İspaniyada smartfon ekranından günəşin intensiv əks olunması səbəbindən torlu qişası zədələnən 2 xəstə həkimləri də təəccübləndirib.


Hər ikisi günəşə birbaşa eynəksiz baxmadıqlarına əmin idi. Buna görə həkimlər ekran parıltısının səbəb qənaətinə gəldilər.

30 yaşlı kişi xizək kurortunun terrasında oturarkən dörd saat planşet izləyib. İşini bitirəndən sonra o gözlərinin qarşısında mənzərənin ağardığını görüb.

Digər 20 yaşlı xəstə çimərlikdə üç saat smartfondan istifadə edib. Təəssüf ki, o görmə sahəsinin tam ortasında kor nöqtənin inkişafı səbəbindən görmə qabiliyyəti məhduddur.

Bu baxımdan ispaniyalı oftalmoloqlar insanların potensial risklər barədə maarifləndirilməsinin vacibliyini vurğulayırlar. Elektron ekranlardan günəşin əks olunması günəş makulopatiyası üçün risk faktorudur. Bu vəziyyət adətən günəş eynəyi olmadan birbaşa günəşə baxan insanlarda olurdu.


Aygün Musayeva