İsrail Livandakı xəstəxananı vurdu - Ölən və yaralananlar var - FOTO

  • 2026.06.01 22:08
  • 89 Baxış
İsrail Livandakı xəstəxananı vurdu -   Ölən və yaralananlar var - FOTO

İsrail ordusu Livanın cənubundakı Tir şəhərindəki Cəbəl Amil Xəstəxanasına və ətrafına hava hücumu təşkil edib.

Medicina.az xəbər verir ki, Livan rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Tirdəki Mərake şəhərinin kəsişməsində, şəhərin ən böyük xəstəxanası olan Cəbəl Amilin qarşısındakı bir binanı və dayanacağı hədəfə alıb. Hücumda çoxsaylı itki və yaralanma halları qeydə alınıb.

Sosial mediada paylaşılan görüntülərdə Cəbəl Amil Xəstəxanasının pəncərələrinin hücum nəticəsində sındığı, ətrafdakı binalara və nəqliyyat vasitələrinə ziyan dəydiyi göstərilir.

Qeyd edək ki, Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin ölkəyə hücumlarında 3433 nəfərin öldüyünü açıqlayıb.



Aygün
Medicina.az