İsraildə daha 482 nəfər koronavirusa yoluxub

  • 2020.03.30 12:31
  • 1504 Baxış
İsraildə daha 482 nəfər koronavirusa yoluxub
İsraildə koronavirusa yoluxanların sayı son sutkada 482 nəfər artıb.

Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 80-nin vəziyyəti ağır olmaqla 4 347 nəfərə çatıb. 543 pasiyent xəstəxanaya yerləşdirilib, 2 107 xəstə ev şəraitində müalicə olunur, 586 nəfər isə həkim və xüsusi tibbi avadanlıqla təchiz edilmiş mehmanxanada müayinə edilir.

Məlumatda həmçinin İsraildə 15 nəfərin infeksiyadan öldüyü vurğulanıb.