İsraildə uşağın qopan başını bərpa etdilər

  • 2023.07.25 15:50
  • 1803 Baxış
İsraildə uşağın qopan başını bərpa etdilər
İsrail həkimləri tibdə nadir əməliyyatlardan birinə imza atıb.


"Medicina" xəbər verir ki, ağır yol qəzasında başı bədənindən ayrılan 12 yaşlı fələstinli uşaq ölümdən qurtarılıb.

Belə ki, əslən fələstinli Süleyman Həsən velosiped sürərkən maşın altında qalıb. Hadisə nəticəsində başın boyundan daxili qopması faktı qeydə alınıb. Fiziki olaraq oğlanın başı bədəninə bitişik görünsə də, rengen müayinəsində kəlllə sümüyünün onurğadan tamamilə qopduğu görünüb.

Cərrah Oxad Eynav bir neçə saat davam edən əməliyyatdan sonra kəlləni onurğaya bərpa edə bilib.

Uşağın bu əməliyyatdan sonra hərəkətsiz qalacağı düşünülsə də, o artıq ayağa qalxa bilib və hərəkət funksiyaları bərpa olunub.

Aygün Musayeva