İştahanı azaldan qoxu: 2 saatdan bir iyləyin

  • 2026.05.14 11:42
  • 104 Baxış
İştahanı azaldan qoxu:  2 saatdan bir iyləyin

Elmi araşdırmalar nanə qoxusunun iştahaya təsirini sübut edib. Buna görə, iki həftə ərzində hər iki saatdan bir nanə qoxulayan insanlar daha az kalori qəbul ediblər.

Medicina.az xəbər verir ki, qoxu hissinin insan davranışına təsiri elmi tədqiqatların mövzusu olaraq qalır.

Xüsusilə, bəzi qoxuların əhval-ruhiyyədə, stressdə və iştahada həlledici rol oynaya biləcəyi düşünülür.



Son araşdırmalar nanə təravətləndirici qoxusunun iştahanı idarə etməyə kömək edə biləcəyini ortaya qoyub.

Buna görə, iki həftə ərzində hər iki saatdan bir nanə qoxulayan insanların günün sonunda daha az kalori qəbul etdiyi müşahidə edilib.

Tədqiqatda iştirakçılar iki fərqli mərhələdən ibarət bir təcrübəyə daxil ediliblər. Birinci mərhələdə iştirakçılar nanə qoxusunu müəyyən fasilələrlə udublar, ikinci mərhələdə isə heç bir qoxu tətbiq etmədən müşahidə ediliblər.

Ayrı-ayrı həftələrdə aparılan və hər biri beş gün davam edən təcrübə zamanı iştirakçılar hər iki saatdan bir aclıq səviyyələrini qiymətləndirdilər və həmçinin istehlak etdikləri bütün qidaları qeyd etdilər.

Nəticələrə görə, nanə qoxusunu çəkən iştirakçılar gündəlik ümumi kalori qəbulunda, şəkərdə və yağ istehlakında əhəmiyyətli dərəcədə azalma müşahidə etdilər.

İştirakçılar həmçinin daha az aclıq hiss etdiklərini bildirdilər.

Aygün
Medicina.az