İştahanın azalması xəstə qaraciyərdən xəbər verir – Həkim

  • 2023.02.02 15:17
  • 1922 Baxış
İştahanın azalması xəstə qaraciyərdən xəbər verir  – Həkim


Qaraciyər xəstəliklərinin ilk əlamətlərindən biri də iştahın itməsidir.

Bakupost.az xəbər verir ki, bu barədə həkim hepatoloq Olqa Malinovskaya qaraciyərin çökməsini göstərən əlamətlərdən danışıb.

“Qaraciyər təkcə içki və hepatitdən zədələnmir. Heç içki içməyənlərin də qaraciyəri xəstələnir. Buna səbəb həddən artıq yağlı, şirin yemək, az hərəkət etmək, piylənmə və diabet ola bilər.

Bu xəstəliyin əsas təhlükəsi ondan ibarətdir ki, erkən mərhələdə heç bir simptom vermir, çox gizli gedir, insan özünü yaxşı hiss edir.

Qaraciyərdə sinir icları olmadığı üçün orqan özü ağrı vermir. Bu orqanın əsas əlaməti həzm sistemində pozulmalarla özünü göstərə bilir.

Məsələn, insanın iştahı azalır, itir, saatlarla yemək yadına düşmür. Eləcə də yaddaş və diqqət qəfildən pisləşməyə başlayır. İnsanlar bunu beyinlə, yaşla əlaqələndirir, amma qaraciyər yaddan çıxır.

Beyinə təsir onunla bağlıdır ki, qaraciyər toksinləri yaxşı filtr etmir, onlar mərkəzi sinir sistemini zədələyir.

Bədəndə tez-tez qançırlar, göyərmələr, sağ tərəfdə ağırlıq, bədəndə şişkinlik, qanamaya meyillilik, dəridə qaşınma da xəstə qaraciyərdən qaynaqlanır.

Ümumiyyətlə, insan özünü narahat hiss edirsə, birinci ürək, ikinci qaraciyər dərindən yoxlanmalıdır”.