İsti havalarda hansı dərmanları qəbul etmək risklidir?

  • 2022.08.25 09:20
  • 1878 Baxış
İsti havalarda hansı dərmanları qəbul etmək  risklidir?

Ürəyin işemik xəstəliyini aradan qaldırmaq və infarkt riskini azaltmaq üçün adətən qəbul edilən aspirin, antiplatelet dərmanlar və beta-blokerlər isti havalarda miokard infarktı yarada bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə ABŞ-ın Yale İctimai Sağlamlıq Məktəbinin və Almaniyanın Ətraf Mühitin Sağlamlığı üzrə Araşdırma Mərkəzinin mütəxəssisləri xəbərdarlıq ediblər.

Hesab olunur ki, havanın çirklənməsi və ətraf mühitin temperaturunun yüksəlməsi kəskin miokard infarktının inkişafına kömək edə bilər, lakin tədqiqatçılar ürək-damar xəstəliklərinin müalicəsi üçün dərman qəbul edən xəstələrdə bu riskin artdığından şübhələnirdilər.


Əvvəlki sübutlar göstərib ki, dərmanlar istilik təsirinə qarşı həssaslığı artırır, dəri damarlarının genişlənməsinə səbəb olur, tərin istehsalını pozur və susuzluq hissi və ya böyrək funksiyasını azaldır.

Mütəxəssislər 2494 miokard infarktı halını təhlil edərək müəyyən ediblər ki, ölümcül olmayan miokard infarktı riski antiplatelet dərmanlar və ya beta reseptor blokerləri qəbul edən xəstələrdə onları qəbul etməyənlərlə müqayisədə müvafiq olaraq 63 və 65 faiz artıb.

Bu assosiasiya dərmanların miokard infarktı səbəb olduğunu sübut etməsə də, gənc xəstələri (25-59 yaş) yaşlı xəstələrlə (60-74 yaş) müqayisə edərkən məlum olub ki, beta-blokerlər və antiplatelet dərmanlar, ürəyin işemik xəstəliyinin o qədər də açıq olmamasına baxmayaraq, istiliklə əlaqəli infarktlara daha çox həssasdırlar. Bu, ürək-damar sisteminin əsas vəziyyəti (yəni koronar arteriya xəstəliyi) deyil, miokard infarktına kömək edə biləcək dərmanlar ola bilər.

Bütün bunlar həm də o deməkdir ki, iqlim dəyişikliyi qlobal istiləşməyə səbəb olduğu üçün ürək-damar xəstəlikləri olan bəzi insanlar üçün infarkt daha təhlükəli ola bilər.