Türkiyəli kardioloq Dr.Özgür Mete yay aylarında artan temperaturun xüsusilə ürək-damar xəstələri üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, ürək-damar xəstəliklərinin hələ də ən çox ölümə səbəb olan xəstəliklər arasında olduğunu ifadə edən mütəxəssis, deyib:
"Spn dərəcə isti və rütubətli hava infarkt keçirən və ürək-damar xəstəliklərindən dünyasını dəyişənlərin sayının artmasına səbəb olur. Xüsusilə yaşlılar və xroniki xəstəlikləri olan şəxslər daha diqqətli olmaııdırlar.
Havanın temperaturu artdıqca damarlar genişlənir, maye və duz itkisi meydana gəlir. Bu vəziyyət ürəyin iş yükünü artırır, qan laxtalanmaya daha meyilli olur"
İsti havalarda tərləmənin bədənin təbii soyutma mexanizmi olduğunu xatırladan Doktor Mete, tərləmə səbəbiylə maye itkisinin böyrək funksiyalarını mənfi təsir edə biləcəyinə diqqət çəkib:
"Kifayət qədər maye qəbul edilməzsə, damarlar daralır, birdən-birə qan təzyiqi yüksələr və ürək çatışmazlığı şikayətləri arta bilər. Hipertoniya xəstələri və sidikqovucu dərman istifadə edənlər yay aylarında xüsusilə maye qəbuluna diqqət etməlidir".
Ürək xəstələrinin isti havada ağır idman fəaliyyətlərindən uzaq durması lazım olduğunu vurğulayan Mete, səhər tezdən və ya sərin axşam saatlarında 30 dəqiqə üzgüçülük kimi yüngül məşqlərə üstünlük verməyi təklif edib. Həddindən artıq yağlı qidalardan uzaq durulması, tərəvəzlərin kiçik, lakin tez-tez yeməklərlə yeyilməli lazım olduğunu da ifadə edən Mete, gündə 2-2,5 litr su içməyin əhəmiyyətinə də toxunub.
Son olaraq günəşin ən təsirli olduğu saatlarda çölə çıxmamaq lazım olduğunu bildirən Mete, döş qəfəsində ağrı, nəfəs darlığı, ürək döyüntüsü kimi şikayətlər hiss etdikdə dərhal həkimə müraciət etməli olduğunu söyləyib.
Aygün
Medicina.az