Yapon alimləri isti vannanın xəstəlik riskini azaltmağa kömək etdiyini aşkar ediblər.
Medicina.az xəbər verir ki, Tokio Universitetinin tədqiqatçıları tərəfindən aparılan 3illik tədqiqatın nəticələrinə görə, gündəlik isti vanna sağlam həyatı uzada bilər.
Tədqiqat 65 yaşdan yuxarı 14.000 insan üzərində aparılıb. Tədqiqatçıların tapıntılarından biri isti vanna qəbul etməklə bağlı olub. Məlum olub ki, bu vərdiş yaşlı yetkinlərdə daha uzun müddətli ömürlə əlaqələndirilir.
"Hər gün çimənlərin həftədə iki dəfədən az çimənlərlə müqayisədə həkimə ehtiyac duyma riski 29% daha aşağıdır."
40-50 yaşlı pasiyentləri əhatə edən başqa bir araşdırmaya görə, isti vanna qəbul etmək insult və miokard infarktı kimi təhlükəli vəziyyətlərin riskini azaldır.
Alimlər qeyd ediblər ki, istiliyin qan damarlarını genişləndirməsi qan dövranına müsbət təsir göstərir, maddələr mübadiləsini aktivləşdirir, yorğunluğun qarşısını alır, ürəyə düşən stressi azaldır və qan təzyiqini normallaşdırır. İstilik həmçinin parasimpatik sinir sistemini stimullaşdırır və rahatlamağa kömək edir.
Bütün bu proseslər immun hüceyrələrinin fəaliyyətini təşviq edir və bu da patogenlərə və infeksiyalara daha davamlı olan daha güclü immun sisteminin yaranmasına səbəb olur.
"Vanna qəbul etməyin ən faydalı yolu bədəninizi çiyinlərinizə qədər batıraraq 40°C-də 10 dəqiqə suda batırmaqdır. Əgər yalnız yarısında batırsanız, tövsiyə olunan çimmə müddəti 20 dəqiqəyə qədər artır", - deyə professor Şinya Hayasaka bildirib.
Mütəxəssislər vurğulayırlar ki, çimmək bundan uzun olmamalıdır. Həddindən artıq istiliyə məruz qalma arzuolunmaz və potensial olaraq zərərlidir.
Yüksək qan təzyiqi və ürək xəstəliyində də vanna qəbul etmək riski azaldır.
Bundan əlavə, vannada bədəni çox temperatur dəyişikliyinə məruz qoymamalıdır, çünki bu, ürəyə və qan damarlarına mənfi təsir göstərir.
40 dərəcə Selsi temperaturda isti vanna qəbul etmək yuxunu yaxşılaşdırır.
Aygün Musayeva