İstidə soyuq duşa girməyin - İnsult təhlükəsi

  • 2023.05.31 17:23
  • 1115 Baxış
İstidə soyuq duşa girməyin  -  İnsult təhlükəsi
İsti havalarda sərinləmək üçün soyuq duş qəbul etmək, soyuq suyu başa, bədənə tökmək həm cavanlarda, həm yaşlılarda ciddi problemlərə səbəb olur.

“Medicina” xəbər verir ki, həkim terapevt Tatyana Romanenkonun sözlərinə görə, soyuq duş bronxit və asmaya səbəb ola bilər. Hətta infart və insulta gətirib çıxardır.


“Hər hansı bir soyuq su hipotermiya riskidir. Burun axması, bronxit və ya aşağı və yuxarı tənəffüs yollarının digər iltihabı ola bilər.

Risklər bununla bitmir: soyuq suya məruz qalma vazospazma səbəb ola bilər ki, bu, orqanizmi daha da ciddi problemlərlə təhdid edir.

Spazm qan təzyiqini artıra bilər və insult və infarkt riskini artıra bilər. Miyokard infarktı formalarından birinin məhz soyuq infarkt olduğuna dair sübutlar var”.

Aynurə Məmmədova