İsveç şahzadəsi Sofiya Stokholmda Sofiahemmet xəstəxanasında işə başlayıb.
Şahzadə koronavirusla mübarizə aparan xəstələrə kömək edəcək. Sofiyanın xəstəxanadan ilk görüntüsü artıq sosial şəbəkələrdə yayılmağa başlayıb.

O, işə başlamazdan əvvəl üçgünlük tibbi kurs keçib.

Xatırladaq ki, Sofiya Hellqvist İsveç şahzadəsi Karl Filipin həyat yoldaşıdır. O, İsveçin zadəgan ailəsindən olmayan lk şahzadəsidir. Evlənmədən əvvəl Sofiya model və reality şou iştirakçısı kimi tanınırdı.