İtaliyada 4 nəfərlik ailə koronavirusdan öldü - "Onlar hamısı sağlam adamlar idi"

  • 2020.04.03 12:00
  • 1228 Baxış
İtaliyada 4 nəfərlik ailə koronavirusdan öldü   - "Onlar hamısı sağlam adamlar idi"

İtaliyanın Lombardiya vilayətinin Voqera şəhərində koronavirus bütöv bi ailəni həyatdan sildi.

Medicina.az xəbər verir ki, birinci ailənin başçısı, 86 yaşlı Alfredo Bertuççi vəfat edib. Bundan sonra onun iki oğlu – 54 yaşlı Daniele və 46 yaşlı Klaudio dünyasını dəyişib. Sonda isə Alfredonun 77 yaşlı həyat yoldaşı Ancela Alberqati koronavirusla mübarizədə məğlub olub.

Onların hamısı eyni xəstəxanada müalicə alıb və koronavirusa yoluxandan əvvəl sağlamlıqlarından şikayət etməyib.

“ Onlar güclü və sağlam insanlar idi”, - deyə qonşular bildirir