Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtaliya koronavirus xəstələrinə yaxşı təsir edən dərmanı AÇIQLADI

  • 2020.03.18 16:23
  • 2822 Baxış
İtaliya koronavirus xəstələrinə yaxşı təsir edən dərmanı AÇIQLADI

İtaliyada, romatoid artrit müalicəsində tez-tez istifadə olunan dərmanların koronavirus xəstələrinin müalicəsinə kömək etdiyi məlum olub.

Tochilizumab artıq İtaliyadakı xəstələr üzərində sınaqdan keçirilib. Həkimlərin fikrincə bu dərman virusun özünə deyil, iltihaba müsbət təsir göstərir.


"İndi Sars-CoV-2 tipli koronavirus üçün heç bir müalicə və ya peyvənd yoxdur. Lakin adətən romatoid artritlə mübarizə aparan və bədxassəli şişlərin müalicəsində istifadə edilən bu dərman koronavirusun səbəb olduğu ağır sətəlcəmin müalicəsi zamanı effektivdir. Bu dərman başqa xəstəlikləri müalicə etmək üçün istifadə olunur, lakin onun təsir mexanizmi koronavirusun klinik təzahürlərinin müalicəsində təsirli ola bilər" deyə İtaliya Milli Səhiyyə Xidmətindən Silvio Brusaferro jurnalistlərə bildirib.

Onkoloq Paolo Asiertonun izah etdiyi kimi, Tochilizumabın istifadəsi koronavirus xəstələrinə tənəffüs funksiyasını bərpa etməyə imkan verir.

İtaliya artıq şənbə günü bu dərmanla iki xəstəni müalicə etməyə başlamışdı . Nəticələr qənətbəxş olduğu üçün həkimləri bu iki dərmanı koronavirus ilə müalicədə istifadə etmək qərarına gəliblər.

İndi italiyalı həkimlər Tochilizumabın Covid-19 əleyhinə dərman kimi istifadəsi ilə bağlı geniş təcrübələrin aparılma ehtimalını nəzərdən keçirirlər