İtaliyada koronavirusdan ölənlərin sayı 12 mini keçdi

  • 2020.03.31 21:08
  • 1182 Baxış
İtaliyada koronavirusdan ölənlərin sayı   12 mini keçdi
İtaliyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

Medicina.az xəbər verir ki, son sutka ərzində ölkədə 837 nəfər Covid-19-dan vəfat edib. Bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 12 428-ə çatıb.


Qeyd edək ki, sözügedən ölkədə 104 793 nəfər koronavirusa yoluxub.