Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtaliyadan SOS – Rəsmilər çarəsizdir

  • 2020.03.18 16:06
  • 2359 Baxış
İtaliyadan SOS –  Rəsmilər çarəsizdir

İtaliyada koronavirusa yoluxmuş xəstələrin sayının 31506 nəfərə çatması ilə səhiyyə sistemi çöküb.

Rəsmilər bu prosesin öhdəsindən gələ bilmək və səhiyyə sistemi üzərindəki yükü azaltmaq üçün tibb fakültəsindən 10 min tələbəni işə cəlb edib.


İtaliyanın Universitet və Araşdırma naziri Qaetano Manfredi deyib ki, məcbur olduqları üçün sonuncu kursda təhsil alan tələbələrin imtahanlarını təxirə salaraq, onları yoxlamadan xəstəxanada işə götürəcəklər:

“Beynəlxalq səhiyyə sisteminə birbaşa olaraq 10 min həkim verəcəyik”.