İtin yanında siqaret çəkməyin!– SƏBƏB

  • 2024.01.10 16:33
  • 930 Baxış
İtin yanında siqaret çəkməyin! –  SƏBƏB

ABŞ alimləri tütün tüstüsünün itlərə təsirini araşdırıb.


“Medicina” xəbər verir ki, beynəlxalq veterinarlar itin yanında siqaret çəkmənin onun ölüm riskini 6 dəfə artırdığını sübut edib.

Nikotinin atı öldürdüyünü yəqin çoxları eşidib. Bəs insanın evinin içində olan itlərə tütün, nikotin necə əsir edir?

Əgər sahibi çəkirsə, o zaman it passiv siqarer çəkən hesab olunur.
Siqaret itlərdə onkologiya riskini artırır.

Perdyu universitetinin alimləri şotland cinsində 6 yaşdan sonra şiş yaranmasında siqaretin təsirini araşdırıb.

Bu cinsdən itlər genetik olaraq sidik kisəsi xərçənginə 20 faiz daha risklidir.

Tədqiqatda 120 it 3 il nəzarət altında olub.

Alimlər onların sahiblərinin həyat tərzini də araşdırıb.

İtlərdən sidik analizi götürülüb və nikotin metoboliti yoxlanılıb.

Nəticədə 120 itdən 32-də sidik kisə karsinoması diaqnoz olundu. Onların 90%-i siqaret çəkən sahibi ilə yaşayırdı. Siqaret itlərdə xərçəngi 6 dəfə artırıb.

Ona görə də itlərin yanında qəlyan və siqaret çəkmək olmaz.

Aygün Musayeva