İynəsiz, əməliyyatsız: Televiziya ulduzu 32 kilo arıqladı-FOTO

  • 2026.01.07 20:57
  • 363 Baxış
İynəsiz, əməliyyatsız:  Televiziya ulduzu 32 kilo arıqladı-FOTO

Britaniyalı məşhur aparıcı Cozi Gibson əməliyyatsız və iynəsiz 32 kilo arıqladıqdan sonra yeni bədən quruluşu ilə hər kəsi heyrətləndirib.

Medicina.az xəbər verir ki, 40 yaşlı Gibson arıqlama iynələri və ya cərrahi müdaxilə olmadan formaya düşdüyünü vurğulayıb.



2018-ci ildə oğlu Reggie-ni dünyaya gətirdikdən sonra kökələn məşhur aparıcı sağlam qidalanma və idman ilə yenidən arıqlayıb.

Cozi 1970-ci illərin yemək, içki və sağlamlıq mədəniyyətini əks etdirən "1970-ci illərin pəhrizi"nə əməl edib.



O, qaynadılmış kartof kimi sadə qidalardan istifadə edib.

Həftədə bir dəfə pəhrizini pozduğunu, lakin həddindən artıq yemədiyini deyən məşhur aparıcı, "Sirr tarazlıq və səbrdir" dedi.



Aygün
Medicina.az