İynəsiz peyvənd edə bilən robot hazırlandı

  • 07 Noy 2021 15:03
  • 457 Baxış
İynəsiz peyvənd edə bilən robot hazırlandı

Kanadada iynəsiz peyvənd edə bilən “Cobi” adlı yeni robot hazırlanıb.

Medicina.az xəbər verir ki, Vaterloo Universitetinin tədqiqatçıları Tim Lasvel və Nima Zamaninin hazırladığı avtonom robot COVİD-19 peyvəndini iynə əvəzinə yüksək təzyiqli zərdabla bədənə daxil edir.

Robot LİDAR adlı xəritəçəkmə sensorlarından istifadə edir. Bu texnologiya sayəsində “Cobi” insanın bədəninin modelini yaradır. Süni intellektə malik robot peyvənd üçün ən uyğun bölgəni müəyyənləşdirir.

Bildirilib ki, “Cobi”nin kommersiya istifadəsinə hazır olması üçün iki il lazımdır.