Jurnalist Səbuhi Məmmədlinin ikinci ayağı amputasiya edilib

  • 2023.10.04 14:27
  • 1444 Baxış
Jurnalist Səbuhi Məmmədlinin ikinci ayağı  amputasiya edilib

Tanınmış jurnalist Səbuhi Məmmədlinin sağ ayağı amputasiya edilib.

"Medicina" xəbər verir ki, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əməliyyat bu gün həyata keçirilib və jurnalistin sağ ayağı da amputasiya edilib. Bundan əvvəl isə onun sol ayağı amputasiya edilmişdi.

Hazırda jurnalistin durumu normal qiymətləndirilir.

Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir.

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır.

Aygün M