Kadırovun əmri ilə polislər xəstəxanada həkimlərin telefonunu yoxlayıb

  • 2026.01.20 07:26
  • 86 Baxış
Kadırovun əmri ilə polislər xəstəxanada həkimlərin    telefonunu yoxlayıb


Kadırovun oğlunun iştirakı ilə baş verən avtomobil qəzasından sonra təhlükəsizlik qüvvələri Qroznı xəstəxanasında telefonları yoxlayıb.


Medicina.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Çeçenistan liderinin oğlu Adam Kadırovun avtomobil qəzasından sonra aparıldığı Qroznı Respublika Xəstəxanasında işçilərin və xəstələrin telefonlarını yoxlayıblar.


Nəşrin mənbələrinə görə, polislər həkimlərin, digər işçilərin və xəstələrin mobil telefonlarını axtarıb, onları jurnalistlər və müxalifət qrupları ilə ünsiyyətin nəticələri barədə xəbərdar edib. Mənbə təhlükəsizlik qüvvələrinin "nəzakətli" davrandığını, lakin dəqiq nə axtardıqlarını izah etmədiyini bildirib.

Çeçenistan liderinin oğlunun sağlamlığı ilə bağlı hələ də rəsmi məlumat yoxdur. Kadırov oğlunun xəstəxanadan görüntülərinin yayılmasını qarşısını almağa çalışır.


Aygün M