Kahramanmaraşda zəlzələdə 93 həkim həlak olub

  • 2023.02.16 13:43
  • 2139 Baxış
Kahramanmaraşda zəlzələdə 93 həkim həlak olub

Fevralın 6-da yerli vaxtla səhər saat 04:17-də Kahramanmaraşda baş verən və Türkiyənin ən azı 10 vilayətinə təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 93 həkim həyatını itirib.



"Medicina" xəbər verir ki, zəlzələ nəticəsində Adanada 1, Adıyamanda 13, Diyarbəkirdə 2, Qaziantepdə 1, Hatayda 53, Malatyada 2, Osmaniyedə 3, Kahramanmaraşda isə 18 həkim dünyasını dəyişib.