Kalsium çatışmazlığına qarşı çay - Həkimdən resept

  • 23 Okt 2021 14:39
  • 1034 Baxış
Kalsium çatışmazlığına qarşı çay -  Həkimdən resept
Orqanizmdə kalsium çatışmazlığı hormonal sistemin pozğunluqlarına gətirib çıxara bilir. Bu isə özlüyündə müxtəlif problemlərin meydana çıxmasına səbəb olur.

Əldə və ayaqlarda iynəbatma hissi, ətraflarda və ağız kənarında keyimə, tiklər, titrəmə, baş gicəllənməsi, diqqətin yayınması, əzginlik, əzələ qıcolmaları, əzələ ağrıları, saçların tökülməsi, dırnaqların qırılması, dəridə quruluq, ekzema, dermatit, ürək döyüntülərinin sürətlənməsi, ürəkdə ağrı şikayətləri kalsium çatışmazlığına işarə edə bilər.

Medicina.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov Kalsum azlığı üçün çay respetini təqdim edib:

- Qara küncüt toxumu tozu;
- Qarazirə toxumu tozu;
- Balqabaq toxumu tozu;
- Güldəfnə toxumu tozu.

Həkim bildirib ki, çayın hazırlanması üçün bitkilər toz formasına salınıb bir-birinə qarışdırılır, gündə üç dəfə, yeməkdən əvvəl bir çay qaşığı götürülərək 1 çay qaşığı bal ilə qarışdırıb yeyilir.