Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kanadada rekord sayda yoluxma qeydə alındı

  • 2020.04.18 09:58
  • 1948 Baxış
Kanadada rekord sayda yoluxma qeydə alındı

Kanadada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 1 792 nəfər artaraq 31 884-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.



Xatırladaq ki, əvvəlki rekord aprelin 16-da, bir gün ərzində 1 711 nəfərin yoluxduğu zaman qeydə alınıb.

Qeyd edək ki, artıq üçüncü gündür ölkədə yeni infeksiyaya yoluxanların sayında artım müşahidə olunur.

Ən son məlumata görə, Kanadada 507,7 mindən çox insan COVID-19 üçün testdən keçib.

Ən çox yoluxma halı Kvebek (16 798), Ontario (9 525) və Alberta (2 397) əyalətlərində qeydə alınıb.