Kartofu gündüz, göyərtini axşam yeyin!– ALİMLƏR

  • 2022.03.18 14:30
  • 1960 Baxış
Kartofu gündüz, göyərtini axşam yeyin! – ALİMLƏR

Amerikanın Milli Sağlamlıq və Qida mərkəzinin tədqiqatı bəzi qidaların yeyilmə vaxtını təyin edib.

Alimlərin fikrincə, yeyilmə vaxtına görə bu qidalar orqanizmə daha müsbət təsir edib, insan ömrünü uzada bilər.

Bakupost.az xəbər verir ki, tədqiqatda 4642 nəfər diabetli xəstə iştirak edib.

Bu qrupda səhərlər nişastalı tərəvəz və kartof yeyənlərin ürək-damar xəstəliklərindən ölmə riski 54% yüksəlir.

Günün ikinci yarısı daha çox taxıl və yarmalar yeyənlərdə bu risk 33% azalır. Axşamlar tərəvəz və süd məhsulları qəbul edənlərdə isə risk daha da azalıb: 47%.

Gündəlik menyuda axşamlar termiki işlənmiş, qızardılmış ət yeyənlərdə isə ürək-damardan ölüm riski 75% artıb.

Ona görə də alimlər, kartof və yarmaları günün ikinci yarısı, göyərti, süd məhsulu və tərəvəzi axşam yeməyi tövsiyə edir. Ət isə yalnız və yalnız günorta yeyilməlidir.


Aygün Musayeva
BakuPost