Kartofun cücərməsinin qarşısını almaq üçün sadə üsul

  • 2026.08.25 11:34
  • 114 Baxış
Kartofun cücərməsinin qarşısını almaq üçün sadə üsul

Kartofun tez cücərməsinin qarşısını almaq üçün onu plastik torbada saxlamaq məsləhət görülmür. Plastik torba içəridə rütubət yaradır və bu da cücərməni sürətləndirir.

Medicina.az xəbər verir ki, kartofları alışdan sonra kağız torbaya və ya karton qutuya keçirmək daha uyğundur. Onları sərin, quru, qaranlıq və yaxşı havalandırılan yerdə saxlamaq lazımdır.

Kartofu saxlamağa qoymazdan əvvəl yumaq da məsləhət deyil. Qabıqda qalan nəmlik kartofun daha tez xarab olmasına və cücərməsinə səbəb ola bilər.

Xanım,
Medicina.az