Kasıb kişi zəngin ailənin uşağı olduğunu 50 il sonra öyrəndi

  • 2026.06.19 21:28
  • 130 Baxış
Kasıb kişi zəngin ailənin uşağı olduğunu    50 il sonra öyrəndi



Yaponiyada bütün həyatını birtəhər dolanmaq üçün yük maşını sürməklə keçirən 60 yaşlı kişi əslində, nüfuzlu bir ailədə doğulduğunu öyrəndi.

Medicina.az xəbər verir ki, SCMP mediasına görə, o, doğuş zamanı başqa bir uşaqla dəyişdirilib.

Bu vaxt digər oğlan varlı bir ailədə böyüyüb, təhsil aıəb və şirkət rəhbəri oldu.

60 yaşlı yapon kişi təsadüfən dəyişikliyi aşkar etdi: zəngin kişinin qızları aralarındakı fərqi hiss etdilər və gizlicə DNT testi etdilər. Testlər göstərdi ki, o, bioloji qardaşları deyil. Daha sonra onlar əsl qardaşlarını tapmağa çalışdılar.

Yerli məhkəmə kişinin "doğuşdan dərhal sonra bioloji valideynlərindən ayrıldığı və maddi cəhətdən rahat şəraitdə böyümək imkanını itirdiyi" üçün kompensasiyaya layiq olduğuna qərar verib. Doğuşun baş verdiri xəstəxana kişiyə 38 milyon yen (təxminən 250.000 dollar) ödəməli oldu.

Aygün Musayeva