Kaxeksiya ağciyər xərçənginin əsas əlamətidir - Onkoloq

  • 2022.11.10 21:37
  • 2437 Baxış
Kaxeksiya ağciyər xərçənginin əsas əlamətidir  - Onkoloq

Kaxeksiya xəstənin bir dəri bir sümük halına qədər arıqlaması, çəki atması, üzülməsidir.

"Medicina" xəbər verir ki, onkoloq Vorobyev 60% ağciyər xərçəngi xəstələrində rast gəlinən simptomdan danışıb.

"Öskürək ağciyərlərin zədələnməsini göstərən əsas əlamət deyil.

Xərçəngin əlamətləri çox dağınıq və çətin fərqləndirilir.
Açar əlamətlər xəstənin mədəsindən başlaya bilir.

Qırmızı işarələr arıqlama, kəskin çəki itkisidir.

Bu o deməkdir ki, xəstənin orqanizmi yediyi qidalardan yağı mənimsəmir.

Xəstə adi qaydada normal qidalansa da çəkini itirdiyinin fərqinə varır.

Xəstə yediyindən çox kalori yandırır. Buna səbəb şişin qana kimyəvi maddə hasil etməsidir. Bu maddə əzələ və yağ kütləsinin itməsinə səbəb olur.

Kaxeksiya 60% xəstələrdə rast gəlinən simptomdur.

100 nəfərdən 60-da iştahın azalması, kalori itkisi diaqnozdan əvvəl müşahidə edilib.
Digər əlamətlər: güləndə, öskürəndə sinədə ağrı, təngnəfəslik, səsdə xırıltı, pnevmoniya hallarının artmasıdır"

Aygün M